50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 9,8 milyon ABŞ dolları məbləğində vəsait 8 banka və 35 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.