Natiq Əliyev: İlin sonuna neftin 1 barelinin qiyməti 55-60 dollara çata bilər

Dünya bazarlarında neftin qiyməti 2016-cı ilin sonuna doğru tədricən artacaq, ən nikbin proqnozlara görə, neftin 1 bareli 55-60 dollar səviyyəsinə çata bilər.

Bunu Trend-ə Azərbaycanın Energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev qeyd edib: "Düşünmürəm ki, neftin qiymətində kəskin artım gözləmək lazımdır".

Onun sözlərinə görə, hazırda bazarda ciddi dəyişikliklər müşahidə olunmur və neftin qiymətində ciddi artım gözləmək lazım deyil.