Yanvarın 19-a USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində müəyyən edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi 1% və ya 0,0158 manat artıb.
Qeyd edək ki, 18 yanvarda AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində olub.