Prezident Administrasiyasının nümayəndələri siyasi partiya rəhbərləri ilə görüşüb [Video]

Your browser doesn’t support HTML5

Prezident Administrasiyasının nümayəndələri siyasi partiya rəhbərləri ilə görüşüb

Fevralın 12-də Prezident Adminsitasiyasının nümayəndələri ilə ölkədə fəaliyyət göstərən çoxsaylı siyasi partiyaların rəhbərlərinin göprüşü iki saat yarım davam edib. Görüşün yekunu olaraq keçirilən birfinqdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, görüşdə tərəfləri maraqlandıran bütün mövzular müzakirə edilib, partiya sədrləri fikirlərini səsləndirib.

“Fərqli fikirlər də səsləndi. Ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi - yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri olan mənimlə partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etdirilsin”, o qeyd edib.

İqtidar müxalifət dialoqu

Həsənovun sözlərinə görə, bundan sonra hər iki aydan bir indiki formatda görüş keçiriləcək.

“Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”.

Görüşün formatı da razılaşdırılıb.

“Əlbəttə, biz siyasi partiyalar arasına ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İndiyə kimi keçirilmiş görüşlərə təxminən 16-20 arasında siyasi partiya rəhbəri qatılıb. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan siyasi partiyalar bu görüşlərdə iştirak ediblər, bir neçəsi də təşrif buyurmayıb. Onlara da dəvətlər olunub, yəqin ki, bəlli səbəblərdən qatılmayıblar. Sonra iştirak etmək istəsələr, biz onlara da qapılarımızı açıq qoyuruq", Həsənov bildirib.

Bundan sonra müzakirəyə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən ediləcək.

“Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün partiyalara göndərilsin, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə

İqtidar müxalifət dialoqu

çıxarılması tövsiyə edildi. Digər razılaşdırdığımız məqam odur ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsini təmin edək. Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir”, o qeyd edib.

Siyasi partiya rəhbərlərinin hamsı görüşü müsbət addım kimi qiymətləndirib. Onların firkincə, müzakirə olunan məsələlər hökumətin müzakirəsinə çıxarılmalı və real addımlar atılmalıdır.

“Bundan sonrakı görüşlərdə seçki islahatları ilə bağlı məsələ müzakirə edilməlidir”, Xalq Partiyasının sədri Pənah Hüseyn Amerikanın Səsinə bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, siyasi məhbuslarla bağlı siyasi partiyaların prezidentə müraciət edəcəyi barədə razılıq əldə edilib.

Növbəti görüşə AXCP-nin də dəvət ediləcəyi gözlənilir.