İqlim dəyişikliyi kulinariyaya da təsirsiz qalmayacaq

Your browser doesn’t support HTML5

Gələn illər ərzində insan amilinin iqlim dəyişikliyinə təsirinin daha da ağırlaşacağı gözlənilir. Ekstrimal hava şəraiti, daşqınlar, quraqlılar və qasırğaların artacağı təxmin edilir. Lakin bəzi aşpazlar iqlim dəyişikliyinin göbələk bazarlarına da təsirsiz qalmayacağını bildirir.

Yerdombalandan hazırlanan məhsulların qiyməti onsuz da bahadır. Ətirli göbələklərlə makaron sevənlər üçün bir porsiya yemək olduqca baha başa gələr.

Yerdombalanlarını torpaq altından tapmaq üçün itlər və donuzlar xüsusi təlimlərdən keçirilir.

"Bu qış yerdombalanları üçün ən yaxşı vaxt yay aylarıdır. Onlar qışın sonuna doğru formalaşmağa başlayır. Yazda onlar çox yavaş sürətlə böyüməyə başlayır. Gələn qış artıq onları toplayarayaq yemək olar" - deyə, Pol Tomas bildirib.

Tomas İqlim dəyişikliyinin yerdombalanları üçün böyük fəsadlar yaradacağına dair yeni araşdırmaların müəllifidir.

"Daşqınlar və quraqlıqlara səbəb olacaq iqlim dəyişikliyi yerdombalanlarının artımı və şişməsini dayandıra bilər. Beləliklə, məhsul əldə edilməyəcək. Yağmursuzluq və temperaturun artması ilə iqlim dəyişikliyi torpağın nəmliyini azaldacaq."

Araşdırmalar göstərir ki, bu, kiçik bir problem deyil. Belə ki, yerdombalanlar tamamilə yoxa çıxacaq.

"Biz iki iqlim dəyişikliyi modelini nəzərdən keçirdik. Əvvəlcə birinci, daha sonra isə daha yaxşı ssenarisi olan ikinci modelə baxdıq. Bu, daha mülayim və nisbətən nəmli bir modeldir. Hər iki halda da 78-lə 100 faiz arasında ərazi səmərəliliyinin enişini müşahidə etdik. Bu, kəskin bir azalmadır" , Tomas deyib.

Bunun qarşısını almaq isə mümkün deyil. Əgər düşünürsünüz ki, yerdombalanların qiyməti indi bahadır. Bir az gözləyin....

"Biz quraqların, yüksək hava temperaturunun illərlə artımını müşahidə edəcəyik. Qiymətlər isə artmaqda davam edəcək. Mən düşününrəm ki, bu məhsulun dəyəri getdikcə artacaq."

Quraqlılar dövründə yerdomlananın dəyəri bir kiloqram üçün 2500 dollar təşkil edir. Tomasın fikrincə, dəyərlər elə bu səviyyədə qalacaq.