İqlim dəyişikliyi fəalları Londonun maliyyə mərkəzini zəbt edib

İqlim dəyişikliyi fəalları çərşənbə günü iqlim dəyişikliyi barədə insanları məlumatlandırmaq kampaniyasının bir hissəsi kimi Londonun maliyyə mərkəzində hərəkəti dayandırıb.

Nəsli Kəslimə Üsyanı qrupunun üzvləri London Birja Fonduna aparan əsas yolu bağlayıb, özlərini Birja Fondunun girişina yapışdırıb və Kanari Uarf dəmir yolu stansiyasında qatarın üzərinə dırmaşıb.

Təşkilatçılar etiraz aksiyasının diqqəti maliyyə sənayesinə yönəltdiyini və sənaye rəsmilərinin planetimizə dağıdıcı təsir göstərdiyini etiraf etmələrini tələb edib.

Qrup təxminən iki həftə Britaniyanın paytaxtı boyu bir neçə əsas küçələr və körpüləri bağlayıb, kütləvi şəkildə nəqliyyatın dayanmasına səbəb olub.

10 mindən çox polis zabiti səfərbər edilib və təxminən 1000 nəfər həbs edilib, lakin onlardan yalnız 70 nəfərinə qarşı ittiham irəli sürülüb.