Dünya boyu dəniz səviyyəsi qalxmaqdadır

Your browser doesn’t support HTML5

Dünya dəniz səviyyəsinin qalxması səbəbilə evləri su altında qalan iqlim qaçqınları probemi ilə üzləşib. lakin Uelsdəki sahilyanı bir kəndinin sakinləri təbilətin öz yolu ilə gedərək şəhəri yenidən su altına almasına verilən siyasi qərardan çaşqın və qəzəblidir.

Uelsin sahilyanı Feirborn kəndi gözəldir. Lakin bu, Uels kəndi aşağı səviyyədə yerləşir. Çox yavaş, amma şübhəsiz suyun səviyyəsi qalxmaqdadır.

Okeanın səviyyəsinin yavaş-yavaş qalxması ilə Uelshin siyasi liderləri belə bir qənaətə gəliblər ki, 2045-ci ildən başlayaraq kəndin fəaliyyəti dayanmağa başlayacaq və 2055-ci ilə qədər tamamilə yoxa çıxacaq. Yerli sakinlər isə belə bir fikri yaxşı qarşılamayıb. Yerli sakin Styuart Evis: “Qvined Şurası 2045 və ya 2055-ci illərdə kəndimizin məhv olacağını deyir. Nəyə görə? Gəlin bizə dəniz səviyyəsini nə qədər yüksəldiyini göstərən rəqəmləri göstərin.”

Lakin alimlər nə olursa olsun, okeanın Feirbornu ağuşuna alacağından narahatdır. “Sahil xəttində təkamül çox yavaş gedir. Lakin biz bu xətti nəyin bahasına olursa olsun, eyni səviyyədə saxlamağa çalışmasaq, zəiflik göstərsək, təbii fəlakət baş verdiyi zaman bu proses çox sürətlə baş verərərk, fəlakətlə nəticələnəcək. " - deyə, Banqor universitetinin alimi Martin Austin bildirir.

Daşınmaz əmlak qiymətləri kəskin şəkildə düşüb və yerli sakinlər nə edəcəklərini bilmir. Yerli sakin Ancela Tomason: “Kəndimizin iqlim dəyişikliyinın ilk qaçqın kəndi adlandırılması bizi narahat edir. Bizim bilmək istədiyimiz 2015-ci ilədək dəniz səviyyəsi nə qədər qalxacaq və bizim taleyimiz necə olacaq?”

Bu suala cavab vermək çətindir. Lakin siyasi liderlər deyirlər ki, ya nə isə edilməli, ya da su qalxan zaman kimsə ölməlidir. Alimlər deyirlər ki, iqlim dəyişikliyi səbəbindən dünya boyu dəniz səviyyəsi qalxdığına görə ocean kənarındakı kənd və şəhərlər bu problemin həlli yollarını tapmalıdır.

Feirborn sakinləri kəndlərinin iqlim dəyişikliyinın qaçqın kəndi adlandırılmasını istəməsələr də, onlar qarşıdan gələn 50 il ərzində dəniz səviyyəsinin qalxması səbəbindən evlərini tərk etməyə məcbur olacaq milyonlarla insanın çox az bir hissəsidir.