Obama iqlim dəyişikliyi ilə bağlı konfransda iştirak edir

Konfransın mövzusu iqlim dəyişikliyinin Arktika bölgəsinə təsirləridir

Bu gün ABŞ-ın şimal-qərb ştatı Alyaskaya səfər edən prezident Barak Obama orada sakinlərlə görüşərək amelikalı eləcə də xarici rəsmilər, alimlər və yerli sakinlərin iştirak edəcəyi konfransda çıxış edəcək. Konfransın mövzusu iqlim dəyişikliyinin Arktika bölgəsinə təsirləri olacaq.

Ağ Evin bildridiyinə görə, GLACIER konfransının məqsədi Arktikadada artan temeraturun bütün dünyaya təsirləri və insanların bunun qarşısını almaq üçün görməli olduqları tədbirlər barədə məlumatlandırmaqdır.

Həftəlik prezident müraciətində cənab Obama bildirib ki, alyaskalılar artıq iqlim dəyişikliyinin təsirlərini hiss edirlər.

Konfrans ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunub. Departament bu ilin əvvəli BMT-nin iqlim dəyişikliyinə qarşı mübarizə üçün icbari plan yaratmaq barədə danışıqları ilə birbaşa əlaqəsi olmadığını vurğulasa da, bu danışıqların siyasi iradə yaradacağını bildirib.

Bu yaxınlarda ABŞ-ın Fəza Agentliyi NASA yeni hesabat dərc edib. Hesabatda iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin daha sürətli şəkildə artdığı qeyd olunub.

Alimlər xəbərdarlıq edir ki, qlobal temperaturları sənaye dövründən öncəki zamanlarla müayisədə 2 faizdən artıq çoxalmasına icazə vermək ekstremal hava şəraitləri yaradacaq və artan dəniz səviyyəsi bütün dünya əhalisinə təsir edəcək.

Konfransda elmi əməkdaşlığı, bərpa olunan enerji, fövqəladə hallara reaskiyanı gücləndirmək və Arktika sularında nizamsız balıqçılığın qarşısını almaq kimi məsələlər müzakirə olunacaq.