iPhone’lara hək olunmuş mobil əlavələr yerləşdirdiyi bildirilir

Your browser doesn’t support HTML5

Spotify, Minecraft kimi mobil əlavələrin hək edilmiş və ya modifikasiya edilmiş versiyaları Apple tərəfindən sərt nəzarətdə olan iPhone-larda peyda olub.

2008-ci ildə “App Store”-un debütündən bəri Apple alıcıları inandırmağa çalışır ki, iPhone rəqib Android-dən daha etibarlı əməliyyat sisteminə malikdir. Apple bunu iPhone-a yüklənən bütün mobil əlavələrin diqqətlə yoxlanılması ilə izah edir.

Lakin Reuters agentliyinin təhlilçiləri müəyyən ediblər ki, insanlar Apple-ın nəzarətindən tamamilə kənar mobil əlavələrin modifikasiya edilmiş versiyalarını yükləyə bilərlər.

Pirat proqramçılar bu yolla saxta mobil əlavələri bazarda istifadə edilməsinə nail ola bilirlər. Nəticədə həm Apple şirkəti, həm də mobil əlavələrin istehsalçıları pul itirirlər.

Bu məlumatın yayıldığı zaman Apple pirat mobil əlavələrin bəzilərini “App Store”-dan yığışdırdı. Həmin mobil əlavələr isə bir neçə gün, bəzi hallarda isə bir neçə saat sonra onlayn istifadəyə geri qayıtmağa müvəffəq oldu.

İstifadəçilərin əksəriyyəti üçün bu heç bir təhlükə törətmir. Lakin şirkətləri təmsil edən istifadəçilər üçün bu böyük riskdir.

Bu sistem əslində telefonunuzdakı məlumatları toplaya və naməlum qruplara ötürə bilər.