Sabiq Prezident Donald Tramp 2024 Ayova kokusunun qalibi oldu və ümumi səslərin 50 faizindən çoxunu qazandı. Amerikanın Səsindən Keyn Farabonun De Moindən xəbər verdiyinə görə, kokusdan öncə Ayovaya gələn təhlükəli dərəcədə soyuq hava seçici faəllığına təsir göstərib. Belə ki, 2016-cı ildə rekord həddə çatan fəallıq bu il azalıb.
Həddindən artq soyuq temperatur Sarka Muru sabiq Prezident Donald Trampın 2024-cü il Ayova kokusunun yekun kampaniya tədbirlərində iştirak etməkdən çəkindirməyib, nə də onun kokus gecəsi şəxsən Trampı dəstəkləmək planlarını təxirə salmayıb.
"Mən həyəcanlıyam. Mən çox həyəcanlıyam. Bu mənim üçün ilk dəfədir," ayovalı seçisi Sarka Mur deyir.
Trampı dəstəkləməyə həvəsli olan və ilk dəfə səsvermədə iştirak edən Çex Respublikasından immiqrant Mur uzun müddət kokus prosesini araşdırıb.
“Mən onun siyasətini sevirəm. Trampın administrasiyası altında hər şey əla idi. Müharibələr yox idi. İqtisadiyyat əla idi. Və açıq sərhəd yox idi ki, bu məni çox narahat edir,” o bildirir.
“Biz Ayova ştatının gözəl xalqına təşəkkür etmək istəyirik. Çox sağ olun. Sizin hamımınızı sevirilk,” sabiq prezident Donald Tramp deyib.
Trampın kampaniyası ştat boyu soyuq və buzlu havaya rəğmən, səsvermə tarixində Respublikaçı namizədlər arasında ən böyük səs fərqi ilə onu qalib seçən ayovalılarla rezonans doğurub.
“Mən deyərdim ki, bu seçici fəallığı çox yaxşıdır,” ayovalı seçici Can Qud deyir.
Can Qud De Moinin yaxınlığındakı Ankenidəki orta məktəbin idman zalında səs verib.
“Düşünürəm ki, qərarlı olan insanlar burada olacaqdı. Mənim tanıdığım bir neçə yaşlı insanlar var idi ki, onlar evdən çıxmamağa qərar verdi, çünki yollar çox sürüşkən idi,” o deyir.
Qud səsini onun seçki məntəqəsində qalib gələn Florida qubernatoru Ron DeSantisə verib.
“Biz inandığımız şeyə səs veririk. Və mən düşünürəm ki, DeSantis mənim inandığım şeydir. Mən hələ də Trampı təqdir edirəm. Mən onun etdiklərini təqdir edirəm, bunu necə etdiyini təqdir edirəm. Mən onun həmin zaman olduğu şəxsiyyəti yüksək qiymətləndirirəm. Təəssüf ki, onu xaos təqib edir,” Qud deyir.
DeSantis BMT-dəki keçmiş səfir Nikki Heylini cüzi fərqlə ötərək, Ayovda ikinci yerdə gəlib. Dördüncü yeri tutan biznesmen Vivek Ramasvami yarışdan geri çəkilərək, Trampı dəstəkləyib. Səsvermədə sonda gələnlər arasında isə Arkanzasın qubernatoru Asa Hatçinson var ki, o, seçki kampaniyası zamanı Trampı tənqid edib.
“İnsanların ağır həqiqət xoşuna gəlmir və əgər bir şeylə bağlı firikləri varsa və kimsə bu fikir əleyhinə nə iseə deyirsə, insanlar sənin haqda o qədər də yaxşı düşüncəyə sahib olmurlar və sizin mənfiləriniz artır. Amma mən həmçinin əminəm ki, mən düz danışmışam. Mən centlmen kimi danışmışam və inandığım şey haqda danışmışam. Günün sonunda da vacib olan budur,” o deyir.
Ayova kokusunda adətən həm Demokratlar, həm də Respublikaçılar iştirak edir, ancaq bu il Demokratlar prezidentliyə namizədi seçmək üçün seçki bülletenlərinin poçt ilə göndərilməsinə üstünlük vriblər və həmin səsvermədə də Prezident Co Baydenin qalib gələcəyi gözlənilir. Demokratlar, Ayova və Nyu-Hempşirin namizədlik prosesinin əvvəlində əhəmiyyətli rol oynamaq üçün kifayət qədər müxtəlif və ya kifayət qədər böyük olmamaları ilə bağlı tənqidlər fonunda, ilk seçki hadisəsi olaraq diqqətlərini fevralda Cənubi Karolinada keçirləcək praymentizə yönəldirblər. Ancaq Ayovanın keçmiş respublikaçı qubernatoru Terri Branstad bu tənqidlərlə razılaşmır.
“Bizdəki sistem - Ayova kokusu, ardından Nyu hempşir praymerizi - o deməkdir ki, kokus ştatındakı və praymeriz ştatı olan Nyu Hempşirdə insanlar kimin bu ölkənin lideri olacağında vacib söz sahibidirlər,” Ayovanın keçmiş qubernatoru Terri Branstad deyir.
İndi Respublikaçıların nominasiyası uğrunda kampaniya Nyu Hempşirə yönəlir. Yanvarın 23-də ölkədəki ilk praymerizin keçiriləcəyi bu ştatda həm temperatur, həm də seçici fəallığının Ayovadan daha yüksək olacağı gözlənilir.