İordaniyanın Ceraş şəhərində bir neçə turist bıçaqlanıb 

Polisin bildirdiyinə görə, çərşənbə günü İordaniyada xarici turistlər arasında populyar Ceraş şəhərində bir neçə turist bıçaqlanıb.

İordaniyanın səhiyyə naziri bıçaqlananlardan dördünün yerli, üçünün ispan, birinin isə isveçrəli turist olduğunu bildirib.

Qədim Ceraş şəhəri özünün Roma xarabalıqları ilə məşhurdur.

Sosial mediada yerdə qan içində uzanmış bir qadının və vahimə içərisindəki başqa bir qadının görüntüləri yayımlanıb.

Təhlükəsizlik orqanlarından daha bir mənbəy iki turistin vəziyyətinin ağır olduğunu bildirsə də, əlavə məlumat verməyib.

Son iki ildə avropalı turistlərin sayının artmasının müşahidə edildiyi və turizm şirkətləri tərəfindən Yaxın Şərqin ən təhlükəsiz turizm məkanlarından biri hesab edilən İordaniyada xarici turistlərə hücumlar nadir hallarda baş verir.