Avropa İttifaqı İntiqam Əliyevin həbsini pisləyir

Hüquq müdafiəçisi İntiqam Əliyev barəsində 7,5 il azadlıqdan məhrumetmə hökmü Azərbaycanda insan hüquqları sahəsində pisləşməkdə olan vəziyyətin daha bir sübutudur. Bu barədə Avropa İttifaqının xarici əlaqələr xidmətinin nümayəndəsinin bəyanatında deyilir.

Bu sərt cəza Əliyevə irəli sürülən ittihamlara uyğun deyil. Beynəlxalq müşahidəçilər məhkəmədə prosesin özünün qanuniliyinə şübhə yaradan fundamental pozuntular qeydə alıblar, deyə bəyanatda qeyd edilib.

Azərbaycan hakimiyyəti Əliyevin ədalətli və qərəzsiz məhkəmə zamanı bu hökmdən şikayət vermək imkanını təmin etməlidir.

Azərbaycan beynəlxalq öhdəliklərinə tamamilə riayət etməli və müstəqil məhkəmə sisteminə etibarın formalaşdırılması üçün işləməlidir, deyə bəyanatda qeyd edilir.