Hüquq müdafiəçisi İntiqam Əliyev azadlığa buraxılıb [Videolar] & [Fotoqalereya]

Your browser doesn’t support HTML5

Intiqam Əliyev azadlıqda

Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev cəzaçəkmə müəssisəsindən evə buraxılıb.

Ali Məhkəmə plenumunun İntiqam Əliyevlə bağlı bu gün qəbul etdiyi qərar icra olunub.

İ. Əliyevin oğlu Nəcmin Kamilsoy jurnalistlərə bildirib ki, onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi atasının azadlığa buraxıldığını deyib.

Qeyd edək ki, jurnalistlər İ.Əliyevi həbsxananın qarşısında xeyli gözləyiblər.

Your browser doesn’t support HTML5

Intiqam Əliyev cəzaçəkmə müəssisəsindən evə buraxılıb. Amma ...

***

Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.

Plenum kassasiya protestini təmin edib.

Cinayət məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.

İ. Əliyev prosesdə iştirak etməyib.

İntiqam Əliyev Ali məhkəmənin qərarı ilə 5 il şərti cəza ilə azadlığa buraxılıb.

Your browser doesn’t support HTML5

Intiqam Əliyev azadlıqda

İntiqam Əliyevin vəkili Cavad Cavadov bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyirlər və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.

Your browser doesn’t support HTML5

Intiqam Əliyevin vəkili Cavad Cavadov danışır

***

Martın 28-də Ali Məhkəmənin Plenumunda Baş prokuror Zakir Qaralovun həbsdə olan insan haqları üzrə vəkil İntiqam Əliyevlə bağlı əlavə kassasiya protestinə baxır.

İntiqam Əliyevin məhkəməsi başlayıb

Məhkəməyə yalnız vəkillər Cavad Cavadov və Şəhla Hümbətova buraxılıb. Vəkil Cavad Cavadovun sözlərinə görə, əslində, proses qapalı deyil, sadəcə, Ali Məhkəmənin Plenumunun iclasında kənar şəxslərin iştirakı ilə bağlı praktika yoxdur.

Hüquqşünasın vəkili Cavad Cavadov hökmün ləğv olunub İntiqam Əliyevin azadlığa buraxılacağını istisna etməyib. Ancaq onu da bildirib ki, protestdə bəraətdən deyil, yalnız cəzanın ağırlığından söhbət gedir. Zakir Qaralov İntiqam Əliyevə münasibətdə bir sıra yüngülləşdirici halların, o cümlədən hüquq müdafiəçisinin səhhətindəki problemlərin nəzərə alınmamasından və şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb. Müraciətdə yalnız cəzanın dəyişdirilməsi məsələsi vurğulanır.

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.

İntiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi üçün gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.

Your browser doesn’t support HTML5

Intiqam Əliyevin işinə baxırlar

Your browser doesn’t support HTML5

Ali məhkəmədə Intiqam Əliyevin işinə baxırlar