“Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”, İsa Şahmarlı Facebook səhifəsində yazıb.
Azad LGBT (cinsi azlıqların hüquqlarını qoruyan təşkilat) təşkilatının sədri, 20 yaşlı İsa Şahmarlı yanvarın 22-də LGBT-nin bayrağı ilə özünü asaraq intihar edib.
Bu barədə Amerikanın Səsinə Azad LGBT təşkilatından bildiriblər.
Onun intiharının səbəbi hələ bəlli olmasa da, dostlarının dediyinə görə İsa Şahmarlının ailəsi ilə problemləri olub.
Ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, gənc intihar etmədən öncə facebook hesabında dostları ilə vidalaşıb: “Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.
Yanvarın 16-da daha bir cinsi azlıqların hüquqlarını qoruyan təşkilat, Nəfəs LGBT Azərbaycan Alyansı qarşılaşdıqları ayrı-seçkilik (diskriminasiya) ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Alyans müraciətində son 10 gündə 2 nifrət cinayətinin baş verdiyi vurğulayıb.
2013-cü ilin dekabrında alyans rəhbəri Cavid (Atilla) Nəbiyev dəfələrlə Sumqayıt şəhər polis idarəsinə müraciət edərək, təhlükəsizliyinin təmin edilməsi və təhdid edənlər barədə araşdırma aparılmasını xahiş etsə də, bunun müsbət nəticəsi olmayıb.