“Neftqazelmitədqiqatlayihə” İnstitutun əməkdaşı intihar edib

Fevralın 16-da “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.

SOCAR-ın məlumatına görə, institutun əməkdaşı Əli Süleymanov özünü iş yerində 8-ci mərtəbədən ataraq intihar edib.

Əli Süleymanov 1991-ci ildə Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra institutun sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib və müalicə olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.