Son dövrlər Azərbaycanda intihar hallarının sayı çoxalıb. Belə ki, son sutkada yerli media iki şəxsin intiharı barədə məlumat yayıb. Amma intiharların səbəbləri açıqlanmır.
Report agentliyinin məlumatına görə, Bakının Zirə qəsəbəsində, Südçülük sovxozunda yaşayan 23 yaşlı Taleh Ömərli üzərinə benzin töküb özünü yandıraraq intihar edib. Şəxsin özünü yandırmasının səbəbləri hələ bəlli deyil.
APA agentliyinin məlumatına görə isə Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) fevralın 9-da 1984-cü il təvəllüdlü Taleh Qayıbov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Hər iki faktı yerli prokurorluq orqanları təsdiqləyib və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.