Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, hər il dünyada 800 minə yaxın insan həyatına intiharla son qoyur.
Qurum belə halların qarşısının alınmasında medianın rolunu yüksək qiymələndirir. Dünyada hər 40 saniyədə 1 insan canına qəsd edir, gənclər arasında 20 nəfər intihara cəhd göstərir.
Bu il intihar ikinömrəli ölüm səbəbi olub. Təşkilatın statistikasına görə, intihar 15-lə 29 yaşlı insanlar arasında ölüm hallarının 15-ci səbəbi kimi qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, intihar hallarının 78 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.
İnsanlarıın çoxu stiqmalara görə intihardan danışmağa çəkinir. Təşkilatın sözçüsü Aleksandra Fleyşmanin Amerikanın Səsinə bildirdiyinə görə, jurnalistlərin yardım əldəetmək və intihar haqda açıq danışmaq istəyənlərə böyük köməyi olar.
Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrini intiharlara mane olmağa çağırır.
İntihar hallarını çox halda zəhərlənmə yolu və silahlarla həyata keçirilir. Alimlər silah və zəhərlərə çıxışı məhdudlaşdırmaqla intihar hallarını azaltmağın mümkünlüyünü diqqətə çatdırır.
Səhiyyə ekspertlərinin bildirdiyinə görə, intiharın qarşısını almaq mümkündür.
Azərbaycanda vəziyyət necədir?
Statistik göstəricilərə görə, Azərbaycan intihar hallarının sayına görə dünyada 88-ci yerdədir.
Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bildirib ki, ötən illərlə müqayisədə intihar halları cüzi də olsa artıb.
“Belə ki, əvvəllər bu göstərici 415 idisə, son ildə bu rəqəm 600-ə yaxın olub olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olur".
Azərbaycanda İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir. Təbii ki, səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin olması, genetik problemlər daxildir.
İntihar və intihar metodlarının online axtarışı ciddi şəkildə artıb
Netflix-in “Niyə?-13 səbəb” adlı şousundan sonra intihar və intihar metodlarının online axtarışı son həftələr ciddi şəkildə artıb. Şou yeniyetmə bir qızın intiharından bəhs edir.
Mart ayının 31-də şounun tamaşasından sonrakı 19 gün ərzində Google-da intihar axtarışı 19 faiz artıb. Bu isə 900 min axtarışın 1 milyon 500 minə çatması deməkdir.
Araşdırmalarda özünə qəsd edənlərin sayı deyil, yalnız axtarışların sayı diqqət mərkəzində olub.
Google-da "intiharı necə etmək olar", "intihar etmə" və "özünü öldürmə" kimi yazılar qeydə alınıb.