Azərbaycan kompüter cinayətkarlığının qarşısını almaq üçün kibercinayətkarlığa qarşı konvensiyaya uyğun hərəkət edir
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov, anti-semitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andrev Baker, irqçilik, ksenofobiya və diskriminasiya, həmçinin xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Katerin Makqineslə görüş keçirilib.
A.Axmetov İnternetdə dini təbliğatların aparılması və bu istiqamətdə Azərbaycanın hansı addımlar atdığı ilə maraqlanıb.
Nazir müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda bu halların həyata keçirilməsi qanunvericilik çərçivəsində baş verir. “Azərbaycan kompüter cinayətkarlığının qarşısını almaq üçün kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub. Bu konvensiyadan irəli gələn məsələlərin həyata keçirilməsi üçün nazirlik əlaqələndirici qurum funksiyasını yerinə yetirir”.
A.Axmetov İnternetdə “Müsəlmanların məsumluğu” filminin fraqmentlərinin yayılması və bunun nəticəsi olaraq bir sıra müsəlman dövlətlərində ixtişaşların yaranmasına diqqət çəkib.
E.Vəlizadə vurğulayıb ki, sözügedən materialların, karikaturaların yayılması və dini dəyərlərin aşağılanması məqbul sayıla bilməz: “Müxtəlif saytlar yayılan materiallara daha diqqətli yanaşmalıdır. Çünki onlara nəzarət etmək kimi imkanlar yoxdur. Hesab edirəm ki, belə hallara qarşı beynəlxalq təşkilatlar özləri addımlar ataraq qarşıdurmalara səbəb ola biləcək məsələlərin aradan qaldırılmasına çalışmalıdır”, - o qeyd edib