Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul edib.
Daxili İşlər nazirinin müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazov bildirib ki, son 3 ildə dünyada insan alveri cinayətləri ilə bağlı 25 mindən çox işin istintaqı aparılıb, 15 min şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa edilib. Azərbaycanda isə 2014-cü ildə insan alveri sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri qurbanı olan 52 şəxs müəyyən edilib.
“Qurbanlardan 38 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilərək tibbi, psixoloji yardımlar göstərilib. İnsan alverindən zərər çəkmiş 53 nəfərə birdəfəlik müavinətlər, 40 nəfərə isə İnsan Alveri qurbanlarına Kömək Fondundan yardım olunub. Qurbanlardan 24 nəfəri işlə təmin edilib", o qeyd edib.