Plan 2014-2018-ci illəri əhatə edir
Prezident İlham Əliyev “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.
Sərəncama görə Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin edəcək.
Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsini, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsini, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılmasını və Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsini nəzərdə tutur.