İndoneziyada batan gəminin 37 sərnişini sulardan xilas edilib. Daha əvvəl balıqçılar tərəfindən 2 kişi, 1 qadın və 1 uşaq aşkar edilib. 2 nəfərin cəsədi tapılıb.
100 sərnişinli gəmi dənizdə 5 metrlik dalğaların arasında suya qərq olub.
Nəqliyyat Nazirliyi axtarış və xilas əməliyyatlarının davam etdirildiyini bildirir.
Balıqçılar tərəfindən xilas edilən Musakkar adlı şəxs insanların yuxarı mərtəbədə tolaşdığını və gəmi çöndüyü vaxt onların suya düşdüyünü deyib.
Gəmi Kolala şəhərindən Sulavesi adasının Siva şəhərinə istiqamət almışdı.
İndoneziya arxipelaqı 17 mindən artıq adadan ibarətdir. Gəmi xidmətinə böyük ehtiyac duyulan bu ölkədə xidmətlər aşağı səviyyədə olduğu üçün bu kimi qəzalar adi hal alıb.