İndoneziyada dörd yüz ildir sönmüş vulkan yenidən püskürüb

İndoneziya rəsmiləri bildirir ki, Sinabunq vulkanının iki gün sürən sakitlikdən sonra yenidən püskürməsi nəticəsində vulkan külü beş kilometr yüksəkliyə yayılıb.

Hərbi qüvvələr 2000-dən çox insanı ətraf kəndlərdən köçürüb.

İtkilər və dağıntılar haqda hələlik məlumat verilməyib.

Rəsmilər insanlara vulkan nəticəsində dağda açılan çuxura yaxınlaşmamağı məsləhət görüb.

İndoneziyanın paytaxtı Medan şəhərindən 88 kilometr məsafədə yerləşən Sinabunq dağında vulkan püskürməsinin bir neçə gün davam edəcəyi gözlənilir.

Vulkan dörd əsrə yaxın bir müddət ərzində söndüyü üçün qeyri-aktiv hesab edilirdi. Lakin 2010-cu ildə avqust ayında dağda yenidən vulkan püskürməsi baş verib.

Sinabunq dağında 130-a yaxın yanar vulkan var. Dünyanın əhali sayına görə dördüncü ən böyük ölkəsi olan İndoneziyada 130-dan çox aktiv vulkan var.