İndoneziyanın Asiya hava yolları şirkətinə məxsus 162 sərnişin və ekipaj üzvü ilə yoxa çıxmış təyyarəsinin Yava dənizində axtarışları gecə düşəndən sonra dayandırılıb bazar ertəsi davam etdiriləcək.
İndoneziyanın Surabaya şəhərindən Sinqapura yol düşən təyyarə bazar günü səhər saat 7:24-də radardan yoxa çıxıb.
Təyyarənin Yava dənizində axtarışları gecəyə qədər davam etdirilib.
Rəsmilərin bildirdiyinə görə, təyyarə yoxa çıxmasından əvvəl pilot hava nəqliyyatı nəzarət məntəqəsi ilə əlaqə saxlayıb pis hava şəraitinə görə 1800 metr yüksəkliyə qalxmaq üçün icazə verilməsini istəyib.
Sinqapur və Malayziya da təyyarənin axtarışı əməliyyatına qoşulub.
Təyyarənin sərnişinləri arasında 149 İndoneziya, üç Cənubi Koreya, Sinqapur, Malaziya və Britaniyanın hər birindən isə bir vətəndaş olub. Təyyarənin ekipaj üzvlərinin altısı indoneziyalı, ikinci pilot isə fransız olub.