AirAsia sərnişin təyyarəsinin qara qutusu tapılıb

İndoneziyada dalğıclar AirAsia sərnişin təyyarəsinin qara qutusunu dənizdən çıxarmağa nail olub.

Bir neçə saat sonra isə pilot kabinəsinin səsyazma qurğusu tapılıb. Qurğunun ağır dağıntılar altında qalmasına görə onu sudan çıxarmaq vaxt aparıb.

Qara qutunun aşkarlanması dekabrın 28-də 162 şərnişinli təyyarənin qəzasının səbəbinin müəyyən edilməsi üçün əsas faktordur.

Airbus 320 Yava dənizinin şimalında radardan itmişdi. Surabayadan Sinqapura istiqamət alan təyyarənin şərnişinlərinin yalnız 48-nin cəsədi aşkar edilib.