İndoneziyada zəlzələ baş verib

İndoneziyada 2 həftəlik fözqəladə vəziyyət edan edilib. Belə ki, baş verən güclü zəlzələ nəticəsində azı 97 nəfər ölüb. Rəsmilərin bildirdiyinə görə, İndoneziyanın Sumatra adasının Pidi Caya əyalətində yüzlərlə insan xəsarət alıb.

Nəticədə məscid, mağaza və evlər daxil olmaqla, onlarla bina dağılıb. Xilasetmə işçiləri dağıntıların altında qalan insanları axtarır.

ABŞ-ın Geologiya Agentliyi 6,5 bal gücündə zəlzələnin episentrinin Reulet şəhərinin yaxınlığında olduğunu bildirib. İndoneziyanın İqlim, Metereologiya və Geofizika Agentliyi zəlzələnin sunamiyə səbəb olmadığını bildirib.

İndoneziya dünyanın zəlzələyə meylli hissəsində yerləşir. 2004-cü ildə Sumatra adası yaxınlığında baş verən zəlzələ sunamiyə və İndoenziya ilə digər ölkələrdə 230 min insanın ölümünə səbəb olmuşdu.