Hindistan paytaxtında Böyük İyirmilər sammitinə hazırlıq aparılır

Böyük İyirmilərin sammiti üçün Hindistan paytaxtı Yeni Dehliyə gələn nümayəndələri şəhər divarlarında parlaq murallar, təzə döşənmiş yollar, işıqlandırılmış abidələr və fəvvarələr və Hindistanın mədəni irsini nümayiş etdirən hündür yeni heykəllər qarşılayacaq.

Dehli daha öncə oladığı kimi bəzdildiyi bir vaxt, kütləvi təhlükəsizlik tədbirləri şəhəri həftə sonu keçiriləcək zirvə görüşü üçün virtual qalaya çevirəcək. Belə ki, şəhərlər, sərhədlər və prezident və baş nazirlərin qalacaqları otellərə minlərlə polis, yarı-hərbi dəstələr və komandolar yerləşdirilir. Anti-dron sistemləri isə havadan gələn təhlükələrin qarşısını alacaq.

Hindistan Böyük İyirmilərin prezidenliyi dövründə qlobal mövqeyini artırmağa çalışıb və rəsmilər 20 milyondan çox əhalisi olan şəhərin artan gücünü nümayiş etdirdmək istəyirlər.

Bu ilin əvvəlində Dehlinin leytenant qubernatoru Vinai Kumar Saksena deyib ki, Bpyük İyirmilər sammiti “Hindistanın ən yaxşı üzünü” göstərməsi üçün bir fürsətdir.

Sammit görüşü Yeni Dehlinin mərkəzində, Bharat Mandapam adlı yenilənmiş konqres və sərgi mərkəzində keçiriləcək. VIP kortejlərin keçəcəyi yollar boyunca səkiləri minlərlə bitkilər və çiçəklər bəzəyir.

​Şəhərdə adi bir təhlükə olan kiçik meymunları qorxutmaq üçün “lanqur” adlanan iri meymunların plakatları quraşdırılıb. Son aylarda danq xəstəliyinin qeydə alındığı bu şəhərdə işçilər ağcaqanadların çoxaldığı yerlərə antifidant vururlar.

Milyonlarla dollara başa gələn “abadlaşdırma” işləri mübahisələrə də səbəb olub.

Son aylarda aparılan bir neçə söküntü işləri nəticəsində gecəqondular buldozerlə dağıdılıb və yüzlərlə aztəminatlı işçi didərgin düşüb. Rəsmilər söküntü ilə Böyük İyirmilərin sammiti arasında hər hansı əlaqənin olduğunu inkar edirlər və əməliyyatın orada “qanunsuz məskunlaşanlara” qarşı aparıldığını bildirib.

Ancaq hüquq müdafiəçiləri bu yaşayış yerlərinin onillər boyu mövcud olduğunu deyir.

Yerli medianın məlumatına görə, körpülərin altında yaşayan və piyada yollarına yatan evsizlər sığınacaqlara köçürülüb.