Hindistanda insan haqları fəalı 16 il davam etdirdiyi aclıq aksiyasına son qoyub

Hindistanın insan haqları fəali Şarmila hərbi toxunulmazlıqla bağlı qanuna qarşı 16 ildir davam etdirdiyi aclıq aksiyasına son qoyub və bu yolda mübarizəni davam etdirəcəyini deyib.

Şarmila aclığına çərşənbə axşamı müxbirlər qarşısında əlindəki balı yalamaqla son verib. O deyib ki, gələn seçkilərdə namizədliyini şimal-şərq ştatı olan Manipurda irəli sürəcək.

İnsan haqları fəalı aclığa 2000-ci ilin noyabrında təhlükəsizlik qüvvələrinin hökumətin sepratçı qüvvələrinin zorakılıqlarını dayandırmağa çalışdığı ştatda 10 nəfəri öldürməsindən sonra başlamışdı və burnuna keçirilən boru vasitəsilə qidalandırılırdı.

Şarmilaya qarşı Hindistanda cinayət sayılan intihar itihamı irəli sürülmüşdü. Hakim onun aclığa son qoyacağına dair söz verməsindən sonra fəalən zəmanətlə azad edilməsi haqda qərar verib.