Hindistanın şərq bölgəsindəki Bihar ştatının Məsrax şəhərindəki məktəb yeməkxanasında hazırlanan pulsuz yeməyi yedikdən sonra 20 şagirdin öldüyü xəbər verilir. Ştat rəsmiləri düyü və mərciməkdən hazırlanan yeməyi yeyən azı 27 şagirdin də xəstəxanaya aparıldığını, onlardan 10-nun ağır vəziyyətdə olduğunu deyir. Hadisə bölgədə qəzəbli nümayişlərə səbəb olub.
Təhsil naziri bildirib ki, ilkin araşdırmalar yeməkdə fosfor aşkar edildiyini göstərir.
Hindistanın bir çox ştatında milyonlarla imkansız uşağa pulsuz nahar verilir. Bu ölkədə aclıq uşaqlarda böyük səhiyyə probleminə çevrilib.