Hindistanda 8 yaşlı qızın zorlanması ilə bağlı şübhəlilər ilk dəfə məhkəmə qarşısına çıxarılıb

Hindistanda yanvar ayında 8 yaşlı qızın zorlanması ilə bağlı şübhəlilər ilk dəfə məhkəmə qarşısına çıxarılıb.

4-ü polis işçisi olmaqla, 8 nəfər şübhəli günahkar olmadıqlarını bildirib. Onların məhkəmələrinin növbəti iclası ayın sonuna təyin edilib.

Hindistan Kəşmirində müsəlman qəbiləsindən 8 yaşlı qızın vəhşizəsinə zorlanıb öldürülməsindən sonra qəzəb dalğası artıb. Məsələ iki vəkilin hindu millətçi şüarları səsləndirərək, polisin 8 şübhəli hindu ilə bağlı sənədləşdirmə aparmasına mane olması diqqətləri cəlb edib.

Hindistanda azyaşlı qızların zorlanmasına etiraz olaraq minlərlə insan aksiya keçirib. Nümayişçilər ədalət tələb edib. Hindistanın sərt qanunlarına baxmayaraq, qızlar və qadınların təhlükəsizliyi hələ də problem olaraq qalır.

İctimai narazılıqlar 2012-ci ildən, fizeoterapiya tələbəsinin zorlanmasından sonra baş qaldırıb. O zaman ölkə boyu genişmiqyaslı nümayişlər keçirilib.

Hindistan Kəşmirində müsəlman qəbiləsindən 8 yaşlı qızın vəhşizəsinə zorlanıb öldürülməsindən sonra qəzəb dalğası artıb. Məsələ iki vəkilin hindu millətçi şüarları səsləndirərək, polisin 8 şübhəli hindu ilə bağlı sənədləşdirmə aparmasına mane olması diqqətləri cəlb edib.

Şübhəlilərin həbsinə etiraz edənlər arasında Brahatiya Canata Partiyasından iki nazir də olub.

Nazirlər istintaqa mane olduqları ittihamlarından sonra istefa verməli olub.

Baş nazir Narendra Modi günahkarların ədalətli şəkildə mühakimə ediləcəklərinə vəd verib.

Uttar Pradeş ştatında 16 yaşlı daha bir qızın iyun ayında qanunverici tərəfindən zorlandığına dair qəzəblər səsləndirilib. İctimai qınağa görə qanunverici yalnız ötən cümə günü həbs edilib.

Qızın ailəsi qanunvercinin qardaşı ilə bəraər qızın atasını döyməkdə günahlandırır. Ata həmin gün axşam saatlarında polisin nəzarətində olarkən dünyasını dəyişib.

Zorlama qurbanının özünü Baş Nazir idarəsi qarşısında yandırmaq cəhdi hadisəni daha da qabardıb.

Təkcə 2014-cü ildə Hindistanda 37 min zorlama hadisəsi baş verib ki, aktivistlər bu rəqəmin daha yüksək olduğunu iddia edir.