Hindistanda zorlama ittihamı altında olan dörd nəfər günahkar bilinib

Keçən il Dehlidə sərnişin avobusunda gənc qadına təcavüzündə dörd nəfərin günahı Hindistan məhkəməsi tərəfindən təsdiqləndi.

Senytyabrın 11-də hökmün qüvvəyə minməsi gözlənilir. Təqsirli bilinən dörd nəfərin asılaraq ölüm cəzası ilə üzləşmə ehtimalı var.

23 yaşlı qurban keçən ilin dekabr ayında dəmir çubukla hücuma məruz qalıb və zorlanıb.

Sinqapur xəstəxanasına aparılan həmin gənc qadın hücumdan iki həftə sonra aldığı yaralardan həyatını itirib.