Prezident Həmid Karzay Hindistanı Əfqanıstana sərmayəni artırmağa çağırıb

Cənab Karzay bu gün baş nazir Manmohan Sinqhlə görüşüb
Hindistanda səfərdə olan Əfqanıstan prezidenti Həmid Karzay bu gün Hindistanın baş naziri Manmohan Sinqhlə görüşərək, müharibə şəraitində olan ölkəsinə investisiyaların artırılmasını istəyib.

Hindistan rəsmilərinin bildirdiyinə görə, cənab Karzayla baş nazir Sinqh iki ölkə arasında iqtisadi və təhlükəsizlik əlaqələrinin daha da yaxşılaşdırılmasını nəzərdə tutan keçən il imzalanmış strateji tərəfdaşlığa dair razılığı müzakirə edəcəklər. Hindistan artıq Əfqanıstanda infasrtukturun inkişafına iki milyard dollar investisiya qoyub.

Əfqanıstan prezidenti Həmid Karzay baş nazir Sinqhlə görüşündən əvvəl Hindistanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşüb və Mahatma Qandinin məzarını ziyarət edib.