Hindistanın Himalay regionunda torpaq sürüşməsi baş verib

Hindistanın şimal-şərqində baş verən torpaq sürüşməsi 16 nəfər tikinti işçisinin ölümünə səbəb olub. Polis rəsmiləri sağ qalan 3 fəhlənin yüngül xəsarət aldığını bildirib.

Torpaq sürüşməsinin Himalayın Arunaçal-Pradeş ştatında səhər saatlarında fəhlələr yatarkən baş verdiyi bildirilib.

Rəsmilər fəlakətə son zamanlar yağan güclü yağışların səbəb olduğunu və fəlakətlərə cavab qüvvələrinin hadisə yerinə göndərildiyini deyib.

Hindistanın bu bölgəsində böyük sahəni əhatə edən torpaq sürüşmələri adətən iyun ayında musson fəslində başlayır.