Hindistan Çinin xəritəsinə etiraz olaraq çinli ziyarətçilərin vizalarının üzərində öz xəritəsini yerləşdirib
Hindistan Çində yeni pasportlarda onun iddia etdiyi iki ərazinin Çin ərazisi kimi göstərilməsinə cavab olaraq bu ölkədən gələn ziyarətçilərin vizalarının üzərində öz xəritəsini yerləşdirməyə başlayıb. Hindistanın Arunacahl Pradeş və Aksay Şin ərazilərinə dair ərazi iddiaları olduğu halda, Çin bu regionları öz ərazisi hesab edir.
Xəritə mübahisəsinin Asiyanın iki nəhəng ölkəsi arasında münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxarmasına baxmayaraq, Hindistan hökumətinin Çinə qarşı rəsmi şəkildə şikayət təqdim edib-etmədiyi aydın deyil.
Çin pasportlarında eləcə də Filippin və Vyetnamın da iddia etdiyi Cənub Çin dənizində mübahisəli bölgələr də Çinə məxsus ərazilər kimi göstərilir. Filippin və Vyetnam Çinin xəritəsinə etiraz edərək, Pekinə rəsmi şikayətlərini təqdim edib.
Çin öz xəritəsinə həmçinin uzun zamandır iddia etdiyi Tayvan ərazisini də daxil edib.