Hindistanın xarici işlər naziri Əfqanıstan prezidenti ilə görüşüb

  • Amerikanın səsi

Hindistanın xarici işlər naziri Əfqanıstan prezidenti ilə görüşüb

Hindistanın Xarici İşlər naziri Krişna Əfqanıstanda prezident Həmid Karzai ilə görüşüb. O, Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsulla da danışıqlar aparıb. Krişna Əfqanıstanda çalışan hindlilərə qarşı hədələrə görə narahatlığını bildirib, lakin əlavə edib ki, Əfqanıstanın onları lazımi şəkildə müdafiə etdiyinə əmindir. Hindistan Əfqanıstana yardım edən ən böyük donor ölkələrdən biridir. Rəqib ölkələr olan Hindistan və Pakistan Əfqanıstanda öz nüfuz dairələrini genişləndirməyə çalışır.