Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fotolarda

Xarkov - Ukrayna hərbi qüvvələri ilə döyüş zamanı Rusiyanın yanan zirehli maşını yanında naməlum əsgər cəsədi görünür, 27 fevral 2022-ci il.
 

Luqansk - Rusiyayönlü milis işçiləri Oşad bankının qarşısında keşik çəkirlər, Ukrayna, Luqansk vilayəti, 27 fevral 2022-ci il.
 

Kyiv - Ukraynanın Ərazi Müdafiə Qüvvələrinin üzvü Kyiv şəhərinin kənarında nəzarət-buraxılış məntəqəsində keşik çəkir, 27 fevral 2022-ci il.

Kyiv - Ukrayna təhlükəsizlik qüvvələri Kyivdə Maydan ərazisində küçələrdə patrul çəkir, 27 fevral 2022-ci il.

Mariupol - Ukraynanın ikinci ən böyük şəhəri olan Mariupolda küçə döyüşləri başladığı vaxt insanlar binaların daxilində sığınacaq tapır, 27 fevral 2022-ci il.

Rusiyanın əlavə quru qoşunları Ukraynada Nova Kaxovkaya yaxınlaşır, 26 fevral 2022-ci il.
 

Kyiv - Ukraynanın Kyiv vilayətindəki Vasilkov hərbi aviabazasının yaxınlığında Rusiya tərəfindən atəşinə tutulduğu bildirilən yanan neft anbarının görüntüşü, 27 fevral 2022-ci il.

Ukraynadan qaçqınlar Polşanın Peremısl şəhərindəki qatar stansiyasına gəliblər, 27 fevral 2022-ci il.

Rusiyanın Ukraynaya təcavüzündən qaçan insanlar Şehinidə Polşaya daxil olmaq üçün sərhəd keçid məntəqəsində növbədə dayanıb, 27 fevral 2022-ci il.
 

Polşadakı Medıka sərhəd keçidində Ukraynada münaqişədən qaçan ailə üzvləri yenidən bir araya gələrkən qucaqlaşırlar, 27 fevral 2022-ci il.
 

Əllərində plakatlar olan insanlar Korçova sərhəd keçidində Ukraynadan olan qaçqınlara nəqliyyat təklif edir, Polşa, 27 fevral 2022-ci il.
 

Polşanın Medıka bölgəsində uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya təcavüzündən qaçıb sərhədi keçən qadın ianə edilən geyimləri seçir, 27 fevral 2022-ci il.

Polşada Medıka sərhəd keçid məntəqəsində ukraynalı qaçqınlar üçün ərzaq ianə edilir, 27 fevral 2022-ci il.
 

Ukraynada münaqişə nəticəsində ölkəni tərk edən qaçqın oğlan Macarıstanın Zahonı şəhərinə qatar stansiyasında ağlayır, 27 fevral 2022-ci il.

Qonşu Ukraynada münaqişə nəticəsində ölkəni tərk edən qaçqınn  Rumıniyanın Siret bölgəsində Rumıniya-Ukrayna sərhədində, 27 fevral 2022-ci il.
 

Rusiyanın Ukraynaya qarşı kütləvi hərbi müdaxiləyə başlamasından sonra insanlar Ukraynadan Rumıniyaya Baya Mare yaxınlığındakı Siqetu-Marmatiye sərhəd keçidinə gəlir, 27 fevral 2022-ci il.
 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fotolarda