Trampın impiçment dinləmələrində mühacirlərin rolu

Vaşinqtonda ABŞ prezidentinin impiçmenti ilə bağlı həftələrdən davam edən dinləmələr zamanı demokratlar və respublikaçılar arasındakı fikir ayrılıqlarını izləmək xoşagəlməz hal olub.
Amerikalılar Nümayəndələr Palatasında ictimai dinləmələri izləyərkən mühacirlərin ölkənin inkişafındakı vacib rollarını və bu ölkənin onlara verdiyi imkanları müşahidə edə bildilər.
İmpiçment dinləmələrində 4 əsas fiqur diqqət mərkəzində olub. Onların ikisi mühacir övladı olmaqla, Amerika vətəndaşlığını qəbul edən şəxslərdir.
Üçüncüsü ölkənin diplomatik korpusunun zirvəsində yer alıb.
Onlardan ikisi Ağ Evdə milli təhlkəsizlik məsələləri üzrə yüksək vəzifələrdə çalışıb.
Dördüncü fiqur isə konqresmen və kəşfiyyat komitəsinin üzvü olub.

Marie Yonanovitç

Səfir Marie Yovanovitç Sovet İttifaqı və daha sonra Avropanın nasist işğalından qaçaraq ABŞ-a yerləşən mühacirlərin övladıdır. Kanadada anadan olan Yovanovitç Konnektikut ştatında böyüyüb. O, 18 yaşında Amerika vətəndaşlığını qəbul edib. Prinston universitetini bitirdikdən sonra Voyanovitç Dövlət Departamentində çalışıb, 3 ölkədə səfir vəzifəsini yerinə yetirib.

Podpolkovnik Aleksandr Vindman Ukraynada doğulub. Ailəsi Amerikaya o, uşaq olarkən mühacirət edib. O, iki qardaşı kimi Amerikanın ordu sıralarında qulluq edib. İraqdakı döyüşlər və digər şücaətlərinə görə ordenlərə layiq görülən Vindman hazırda Milli Təhlükəsizlik Şurasında Avropa proqramının direktorudur.

Aleksandr Vindman

Bu yaxınlaradək Milli Təhlükəsizlik Şurasında yüksək vəzifədə yer alan Fiona Hill özünün iradəsi ilə amerikalı seçimini etdiyini deyib. İngiltərənin şimalında dünyaya gələn Hill Amerikaya yetkin yaşlarında gəlib.

Fiona Hill

2002-ci ABŞ vətəndaşlığını qəbul edən Hill Harvard universitetinin məzunudur.

Raja Krişnamorti

Konqresmen Raja Krişnamotri Dehlidə anadan olub. ABŞ-a uşaq yaşlarında mühacirət edib. Prinston və Harvard universitetlərini bitirən Raja Krişnamotri 2017-ci ildə Konqresə seçilib.

Ekspertlərin fikrincə, mühacirlərin yüksək postlarda yer alması onların bu ölkəyə töhvələrinin göstəricisidir.