Azərbaycan ABŞ-a şəkər ixrac edir

Robert Sekuta və Vilyam Hacıyev

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İmişli rayonundakı (Bakıdan 258 kilometr cənub-qərb) iqtisadi inkişafı və görülmüş işləri müzakirə etmək üçün bu rayonun icra hakimiyyəti başçısı Vilyam Hacıyevlə görüşüb. Bu barədə ABŞ səfirliyi Twitter səhifəsində məlumat yayıb.

Robert Sekuta İmişli şəkər zavodunda

Məlumatda həmçinin deyilir ki, səfir Sekuta görülmüş işlər haqqında məlumat almaq üçün İmişlidə yerləşən Azersunun Şəkər zavoduna baş çəkib.

“Şəkər meyvə və tərəvəzdən sonra Azərbaycanın qeyri-neft sektorunda ikinci ən çox ixrac edilən mallarından biridir. ABŞ şirkətləri Azərbaycanın şəkər alıcıları sırasındadır”, ABŞ səfiri qeyd edib.