BVF Ukraynaya 15,6 milyard dollarlıq kredit paketini təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) cümə günü bəyanatında bildirib ki, Fond münaqişədən əziyyət çəkən Ukraynanın iqtisadi bərpasına kömək etmək məqsədilə Ukraynaya 15,6 milyard dollarlıq dəstək paketini təsdiqləyib.

BVF-ın məlumatına görə, Rusiyanın hərbi müdaxiləsi Ukrayna iqtisadiyyatını viran edib, iqtisadi fəallığın ötən il 30 faiaz azalmasına səbəb olub, kapital ehtiyatının böyük hissəsini məhv edib, ölkədə yoxulluq yaradıb.

Müharibə qlobal iqtisadiyyata təsir edib, artan buğda və neft qiymətləri fonunda qlobal inflyasiyaya səbəb olub.

Hərbi müdaxilə həmçinin Avropanın enerji təhlükəsizliyi üçün Rusiyanın təbii qazından asılılığını vurğulayıb. Bir çox ölkə müharibə başlayandan sonra alternativ enerji mənbələri axtarmağa məcbur olub.

İki mərhələli proqram müharibə davam etdiyi müddətdə Ukraynanın iqtisadi vəziyyətini sabitləşdirmək, zorakılıqlara son qoyulandan sonsa isə “daha iddialı strurktu isahatlarına” yönələcək. Bu barədə BVF-ın icraedici direktorunun müavini Gina Qopinat bəyanatında bildirib.

Fondun idarə heyəti tərəfindən təsdiqlənən 48 aylıq Genişləndirilmiş Fond Mexanizmi təqribən 15.6 milyard dollar dəyərindədir.

BVF-nin Ukrayna üzrə missiyasının rəhbəri Gavin Grey cümə günü jurnalistlərə bildirib ki, bu, BVF-nin çoxtərəfli və ikitərəfli institutlar tərəfindən borcların yüngülləşdirilməsi, qrantlar və kreditlərdən ibarət 115 milyard dollarlıq ümumi dəstək paketinin bir hissəsini təşkil edir.

“Ukraynanın yeni BVF-ın dəstəklədiyi yeni proqramının məqsədi iqtisadi siyasət – makroiqtisadi maliyyə sabitliyi və dəstəyi..iqtisadi bərpanı qoruyacaq siyasət üçün lövbər təmin etməkdir,” o deyib.

BVF-ın təsdiq etdiyi ümumi məbləğdən 2.7 milyard dollar Ukraynaya dərhal, geri qalan hissəsi isə növbəti dörd il ərzində veriləcək.

Proqram həmçinin aktiv döyüşün 2024-cü ilin ortalarına dair hazırkı təxminindən kənarda davam edəcəyi təqdirdə bəzi BVF üzvlərinin əlavə zəmanətlərini də əhatə edir.

Qrey qeyd edib ki, münaqişə 2025-ci ilə qədər uzansa, bu, Ukraynanın maliyyə ehtiyaclarını 115 milyard dollardan təxminən 140 milyard dollara qaldıracaq.