Şimali Koreya dünyaya xəbərdarlıq edir

  • Amerikanın səsi

Şimali Koreya dünyaya xəbərdarlıq edir

Şimali Koreya rəqibi Cənubi Koreya və beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib ki, yeni lider Kim Conq Unun rəhbərliyi altında siyasətdə dəyişiklik olmayacaq.

Kim Conq İlin dəfn mərasimi başa çatdıqdan bir gün sonra şimalın qüdrətli Milli Müdafiə Komissiyası “səfeh siyasətçilərə” mesaj göndərib:

“Biz bəyan edirik ki, dünya boyu səfeh siyasətçilər o cümlədən Cənubi Koreyadakı oyuncaq qrup bizdən heç bir dəyişiklik gözləməsin.”

Dövlət mediasında yayımlanan sərt mesajda deyilir ki, Şimali Koreya “Böyük Lider” Kim Conq Unun ətrafında birləşəcək.

Bəyanatda deyilir ki, şimal heç zaman mühafizəkar Cənubi Koreya lideri Li Myunq-bakla işləməyəcək. Li Myunq-bak Stalinist Şimala qarşı sərt xətt təmayüllü siyasəti ilə tanınır.