Seulda rəsmilər bildirir ki, Şimali Koreya Yapon Dənizində hərəkət edən Cənubi Koreyaya məxsus balıqçı gəmini saxlayıb. Cənubi Koreya patrul xidmətinin yaydığı bəyanatda bildirilir ki, Pxenyan balıqçı gəmi üzərində təhqiqat aparır. Gəminin saxlandığı zaman onun işləyib-işləmədiyi aydın deyil. Bu insident Cənubi Koreyanın qərb sahilində beş günlük anti-sualtı qayıq təlimləri keçirdiyi vaxta təsadüf edir. Mart ayında Cənubi Koreya gəmisi Çenoan-ın batırıldığı ərazidə minlərlə əsgər və dənizçi təlimlərdə iştirak edir.