İŞİD Rusiyada terror hücumları hədələri ilə video yayıb

ABŞ-ın SİTE kəşfiyyat qrupunun bildirdiyinə görə, İŞİD yaxın zamanda Rusiyada terror hücumları hədələri ilə video yayıb.

Rus dilində yayımlanan videoda “çox yaxın zamanda Rusiyada qan su yerinə axacaq”-deyə şüar səsləndirilib.

İslam Dövləti ilə əlaqəsi olduğunu iddia edən yaraqlılar ötən ay Rusiyanın Misirdə partladılan təyyarəsinin Rusiyanın Suriyadakı hücumlarının intiqamı olduğunu bildirib.

Misirin istintaq komandası təyyarənin düşməsinə nəyin səbəb olduğuna dair nəticə əldə edilmədiyini deyib.