“Biz məhkəmənin gedişində bir sıra aspektlərindən narahatıq. Həmin aspektlər hökmün siyasi motivli olması təəssüratını gücləndirir”
Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanda müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmə prosesinin gedişindən və çıxarılmış hökmdən dərin narahatlığını bildirib.
Britaniya Xarici İşlər Nazirliyi düşünür ki, “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya çıxarılan hökm Azərbaycanda məhkəmələrin müstəqilliyi və özünü müdafiə haqqının effektiv həyata keçirilməsi məsələləri ilə bağlı ciddi suallar doğurur.
Nazirliyin sözçüsü deyib ki, nazir özü 2013-cü ilin dekabrında Bakıda səfərdə olarkən sözügedən şəxslərlə bağlı məsələni qaldırmışdı. Bakıdakı Britaniya səfirliyinin əməkdaşları da məhkəməni yaxından izləyiblər: “Biz məhkəmənin gedişində bir sıra aspektlərindən narahatıq. Həmin aspektlər hökmün siyasi motivli olması təəssüratını gücləndirir”.
İlqar Məmmədov (7 illik həbs cəzası) və Tofiq Yaqublu (5 illik cəza) ötən il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası ilə nəticələnən iğtişaşlara görə saxlanıb, ictimai asayişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunublar.