"Elşad Abdullayevin təqdim etdiyi videolar Azərbaycan cəmiyyətini silkələdi. Bu məsələ hər birimizdən siyasi diqqət tələb edir". Bu sözləri Amerikanın Səsinə müsahibəsində Respublikaçı Alternatin - REAL Hərəkatının sədri İlqar Məmmədov deyib. Onun sözlərinə görə, bu videolar yüksək reputasiyaya malik olmayan Azərbaycan dövlətçiliyini daha da zəiflədib. Cənab Məmmədovun sözlərinə görə, deputat yerlərinin satılması yeni məlumat deyil: "Amma biri var məlumat, biri də var xəbər, faktlarla təsdiqlənən xəbər. Bu faktların yükü başqadır."
Amerikanın Səsinə müsahibəsində İlqar Məmmədov habelə bildirib ki, xüsusi diqqət Sevinc Babayevanın məsələsinə yönəlməlidir. Onun sözlərinə görə, artıq həftələrdir Sevinc Babayeva bütün media radarlarından itib və onun harada olması, həyatda olub-olmaması haqqında heç bir məlumat yoxdur
Your browser doesn’t support HTML5