30 ilin müəllimi: "Əgər mənim işimə baxılmasa, mən aclıq aksiyası elan edəcəm"
Your browser doesn’t support HTML5
Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada tərbiyəçi-müəllim kimi çalışan Ceyran Rəhbəri həmin gimnaziyanın müdiri Aynurə Dadaşovadan şikayətçidir. Ceyran Rəhbəri bildirib ki, dəfələrlə ondan şikayət etməsinə baxmayaraq, müdir haqqında tədbir görülmür. O, sentyabrın 14də Təhsil Nazirliyinin önündə aksiya keçirib, lakin onun sözlərinə görə, o problemini sonadək səsləndirə bilməyib. Polis onu həmin ərazidən uzaqlaşdırıb.
Ceyran Rəhbəri iddia edir ki, gimnaziyanın müdiri Aynurə Dadaşovadan şikayət etdiyi üçün onu xüsusi ittiham qaydasında təhqir və böhtana görə məhkəməyə verib. Lakin məhkəmə işə xitam verib.
Ceyran Rəhbəri tələb edir ki, təhsil naziri onu qəbul etsin və şikayətinə baxılsın.
Gimnaziyanın müdiri Aynurə Dadaşovadan, həmçinin Təhsil Nazirliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.