İlham Əliyev: Ermənistan sülh istəmir

Members of the Syrian Civil Defense (known as the White Helmets) carry a wounded man on a stretcher following a reported airstrike on the town of Maaret al-Numan in the jihadist-held Idlib province.

"Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır". Bu barədə prezident İlham Əliyev oktyabrın 24-də Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşündən sonra mətbuata bəyanatında bildirib.

Prezident deyib ki, Azərbaycanın torpaqları təəssüf ki, uzun illərdir işğal altındadır.

“Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə etdikləri bəyanatlara qulaq asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Status-kvo qəbuledilməzdir və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir”, Əliyev qeyd edib.

Əliyevin bu bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanına təsadüf edir. Azərbaycan prezidenti bir neçə gün öncə Dağlıq QarabağaMuxtar Respublika statusunun veriləcəyi ehyimal ilə bağlıfikir söyləyib. Amerikalı həmsədr Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, bununla da Dağlıq Qarabağın statusu ilə bağlı məsələ danışıqların bir elementi kimi gündəliyə gətirilib. O prezidentlərin növbəti görüşünün yerinin və vaxtının dəqiqləşdirilməsi ilə bağlı danışıqlar aparıldığını bildirib.

İlham Əliyev və Kolinda Qrabar-Kitaroviç

Prezident Xorvatiya iqtisadi əməkdaşlıqdan danışarkən deyib ki, Xorvatiya bu ilin fevralında Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələrimiz arasında Anlaşma Memorandumu var.

“Cənub Qaz Dəhlizi” layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur.

“Cənub” Qaz Dəhlizi artıq reallıqdır. Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq”, o Azərbaycan prezidenti bildirib.