İlham Əliyev Əbu-Dabidə rəsmi səfərdədir

İlham Əliyev

Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib,

Ölkə prezidentinin rəsmi saytının məlumatına görə, bu gün Əbu-Dabidə İlham Əliyevin BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanı Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşü keçirilib.

Görüşdə siyasi, iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusən, Azərbaycanda BƏƏ-dən olan turistlərin sayının artmasından məmnunluq ifadə olunub.

İlham Əliyev şeyx Məhəmməd bin Zayed əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.