İlham Əliyevin sənədləri MSK-ya təqdim edilib

Prezident İlham Əliyev

O, üçüncü dəfə prezidentliyə namizəd irəli sürülüb
İqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) avqustun 6-da lideri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdm etdiyini bildirib.

İlham Əliyevin namizədliyi bu il iyunun 7-də partiyanın qurultayında irəli sürülüb.
MSK 5 gün ərzində namizədin təsdiq edilməsi və ya edilməməsi haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Namizəd təsdiq edilərsə, onun prezidentliyə namizədliyinin qeydiyyatı üçün 40 min seçici imzası toplanmasına başlanacaq.

Bu İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyidir. Azərbaycan Konstitusiyası 2009-cu ilədək bir nəfərin dalbadal iki dəfədən artıq prezidentliyə namizəd olmasını qadağan edirdi. 2009-cu ildə keçirilən referendum nəticəsində bu məhdudiyyət aradan qaldırılıb.