Prezident sərt tənqidi fikrilərini Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qaçqın düşmüş insanlar qarşısında söyləyib
Prezident İlham Əliyev Şəki rayonunda Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz doğma yurdlarından qaçqın düşmüş 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsində iştirakı zamanı qərb təşkilatlarını, Amerika senatoru Menendezi kəskin tənqid edib. Dövlət başçısı Azərbaycan ordusunun zabitini əfv etməsinin Avropa Konvensiyasına uyğun olduğunu bildirib.
Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, cənab Əliyev Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi ilə bağlı deyib ki, Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir. “Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Mən bir sözü də dedim: Əsas məsələ ondadır ki, Azərbaycan öz zabitini Vətənə qaytardı”.
Prezidentin sözlərinə görə, Azərbaycan zabiti vətənə qaytarıldıqdan sonra ölkəyə qarşı təzyiqlər və ittihamlar başlayıb.
“Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib”.
Dövlət başçısı Ramil Səfərovun əfvi ilə bağlı Avropa Şurasının bəyanatını kəskin qarşılayıb.
Görün, Avropa Şurasının baş katibi nə deyib? Bu adam ki, bunun vəzifəsi humanizmi təcəssüm etdirməkdir, bunun vəzifəsi insan hüquqlarının qorunmasıdır. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdür. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni qətlə yetirdi. Deməli, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm.
Həmin o adamın vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır?”
Cənab Əliyev Amerika senatoruna da tənqidi mesajlar ünvanlayıb.
“Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır. Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı. İki səbəbə görə. Birinci səbəb, Amerika səfiri qondarma “erməni soyqırımı”nı tanımır. O, heç tanımamalıdır. Çünki Amerika dövləti bunu tanımır. İkinci səbəb ondan ibarət idi ki, bu səfirin xanımı türk mənşəlidir. Axı bu, rasizmdir, bu, islamofobiyadır. Yenə də deyirəm, biz bunları bilməliyik. Amma onu demək istəyirəm ki, bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcəkdir”, - deyə prezident qeyd edib.