Atlanta heyvanxanasında elmi tədqiqatlar üzrə director Co Mendelson deyir ki, Mars planeti daş-qayalı və qumlu olduğu üçün orada araşdırma aparmaq çətindir.
Co Mendelson: “Robotlar çox bahalıdır. Əgər robot qumda ilişib qalırsa bu problem yaradır. Xüsusilə də həmin bu yer başqa planet və ya araşdırma yerindən uzaqdadırsa.”
Atlanta heyvanxanası öz köməyini təklif edib. Belə ki, zooparka zəhərli səhra ilanlarından istifadə edilərək təcrübə keçirilib. Yüksək sürətli video kameraların köməyilə alimlər az səylə yuxarı doğru hərəkət edən ilanı izləyiblər. Corciya Texnologiya İnstitutunda fizika professoru Daniel Qoldmanın yeni araşdırması ilanın qıvrılma hərəkətini tədqiq edib.
Daniel Qoldman: “Heyvanların qıvrılaraq hərəkət etdiyi diqqətimizi çəkdi. Onlar möhkəm yerdə süründükləri metoddan eyni ilə istifadə edirlər. Ancaq onlar bədənin yalznı bəzi nöqtələrini yerə toxundurduqları halda, təpəyə qalxana zaman bədəni daha çox yerəö toxundurur.”
MOD-Snake, bir metr uzunluğunda, 16 birləşmə nöqtəsindən ibarət və 6 sm diametrində robot Qum çuxurlarının öhdəsindən gəlib.
Qoldman deyir ki, Karnegi Melon Universiteti tərəfindən inkişaf etdirilən bu robotun dar yerlərə girib-çıxa bilməsi üzərində uzun vaxt araşdırma aparılıb.
Daniel Qoldman: “Aydın oldu ki, onlar robotun müxtəlif səthlər üzərində hərəkət edə bilməsi üçün qıvrılma metodunu tətbiq ediblər. Ancaq qum üzərində dırmanaraq hərəkət zamanı çox vaxt problemlərlə üzləşiblər.”
Araşdırmaçılar ilanların qıvrılma metodu haqda məlumatları proqramlaşdıraraq, bundan sonra robotun eyni metoda əsasən yuxarı qalxmasını araşdırmağa başlayıb.
Daniel Qoldman: “Robot bu dalğavari hərəkətləri edə bilirdi və bu ona manevr etmək imkanı verirdi. Biz də bunu ilanın qumda fərqli bucaq altında qıvrılma metoduna uyğunlaşdıra bildik. Yəni yuxarıya doğru hərəkət zaman o, yer səthinə daha çox toxunur.
Qoldman ümid edir ki, gələcək nəsilin “ilan” robotları Yer kürəsində və fəzada yeni-yeni kəşflərdə istifadə ediləcək. O əmindir ki, bu robotlar qumda ilişib qalmayacaq. Araşdırma haqda ətraflı məlumat Science jurnalında dərc edilib.