Rabitə və informasiya texnologiyaları naziri 2020-ci ilədək dövlətin İKT layihələrinin həyata keçirilməsinə 3,6 milyard dollar ayıracağını bildirib
Azərbaycanda 2020-ci ilədək bütün yaşayış evləri və iş yerləri yüksək sürətli internetlə təmin ediləcək, bütün dövlət xidmətləri elektronlaşdırılacaq. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dekabrın 3-də “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İKT istiqamətində məqsədi regionun əsas informasiya xidmətləri ixracatçısına çevrilməkdir.
“İnnovativ sahibkarlığın inkişafı, İKT sektorunun stimullaşdırılması, xüsusi vergi və gömrük siyasətinin həyata keçirilməsi texnoloji tutumlu məhsulların istehsalı üçün xüsusi mühit yaradacaq».
Nazirin fikrincə, xüsusi innovasiya zonasının yaradılması çərçivəsində noyabr ayında Azərbaycan prezidentinin ölkədə yüksək texnologiyalar parkının yaradılması haqqında sərəncamı bu istiqamətdə atılan böyük addımdır.
“Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və İKT mütəxəssislərinin hazırlanması kimi vacib layihələr planlaşdırılır”.
O hesab edir ki, İKT-nin tətbiqinin genişləndirilməsi, elektron hökumətin qurulması demokratikləşmə proseslərini sürətləndirir, korrupsiya və bürokratik əngəlləri aradan qaldırır və cəmiyyətdə şəffaflaşma proseslərinə xidmət edir.
“2020-ci il üçün hədəfimiz bütün dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaşların elektron xidmətlərə çıxışını 100%-ə çatdırmaq, yəni bütün evlərdə və iş yerlərində yüksək sürətli internetə çıxışı təmin etmək, elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisini 80%-ə çatdırmaqdır».
Ə.Abbasov deyib ki, Azərbaycanın telekommunikasiya və İKT sektorunda 2020-ci ilədək nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün dövlət tərəfindən 3,6 mlrd. ABŞ dolları həcmində vəsaitin xərclənməsi nəzərdə tutulur.
“Normal şərait yaradılarsa, bir o qədər də vəsaiti xarici sərmayələr və özəl sektordan gözləmək olar. Bu da bizim nəzərdə tutduğumuz planların həyata keçirilməsinə təminat verir”, o qeyd edib.
Nazir Azərbaycanın ilk telekommunikasiya peykinin 2013-cü il fevralın ilk ongünlüyündə kosmosa çıxarılacağını bildirib.
“Yer səthinin müşahidə peykinin 2014-cü ildə, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə buraxılması planlaşdırılır”.
Onun sözlərinə görə, peyklərin idarə olunması mərkəzi bu ilin sonunda istifadəyə veriləcək.
Azərbaycanın ilk milli telekommunikasiya peyki 17 mln. ABŞ dolları məbləğində sığortalanıb.